ABŞ-da məhkəmə boşanma haqqında sənədləri "Facebook" vasitəsilə göndərməyə icazə verib.
ANS PRESS-in məlumatına görə, tibb bacısı Ellanora Baydın vəkili sənədləri sosial şəbəkə vasitəsilə qadının ərinə göndərə biləcək.
Belə ki, qadının həyat yoldaşı Bayd Viktor Senin yeri bilinmir. Vəkil bu proseduru həftədə bir dəfə olmaqla 3 həftə həyata keçirəcək.
Sənədlərin alınması barədə təsdiq gələndən sonra prosesə son veriləcək.
Mənbə
ANS PRESS