İsveçrənin Lozanna şəhərində İranın nüvə proqramına dair “altılıq” ölkələri ilə əldə etdiyi razılaşma hələ də dünya gündəminin aparıcı mövzularından biridir.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın daxili təhlükəsizlik təşkilatı olan “Homeland Security” nüvə razılaşması fonunda İsraillə bağlı yeni iddia orataya atıb.
İddiaya görə silah ticarəti ilə məşğul olan israilli şəxslər İranla silah ticarəti ediblər.
Yayılan məlumatda qeyd edilib ki, İsrail 2012-ci ildən bu yana İrana reaktiv təyyarə hissələri və müxtəlif silahlar satıb.
Məlumat üçün bildirək ki, bir-birinə düşmən mövqedə olan İsraillə İran arasında müxtəlif səviyyələrdə məxfi əməkdaşlığın olması haqqında bir neçə dəfə iddialar ortaya atılıb.
Qeyd edək ki, nüvə proqramı ilə bağlı əldə edilən razılaşmaya İsrail kəskin şəkildə etiraz edib. İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, İrana qarşı sanksiyalar davam etdirilməlidir.
Modern.az