Diplomatlarımıza qarşı təhlükə – ASALA-nın 24 aprer terror təhdidi

7-04-2015, 09:41   
Diplomatlarımıza qarşı təhlükə – ASALA-nın 24 aprer terror təhdidi
24 aprel yaxınlaşdıqca, erməni diasporunun cığallığı da artmaqdadır. 100-cü ilini qeyd etdikləri yalanın ən önəmli gününü itirmək istəmədiklərindən həm Türkiyədə, həm də dünyada ciddi planlar üzrə işləməkdədirlər. Yenicag.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı açıqlanan 24 aprel Çanaqqala Barış Zirvəsi xüsusilə erməni terror təşkilatlarının hədəfindədir. Belə ki, 80-ci illərdə türk diplomatları şəhid edən Asala Terror Təşkilatı 24 apreldə İrəvana deyil, İstanbula gedəcək ölkələrin diplomatlarını ölümlə hədələməkdədir.
Dünyaya “məzlum” obrazında tanıdılan ermənilər açıq şəkildə terrorla hədələməkdən çəkinmirlər.
“Erməni gizili ordusu” başlıqlı məktublarla diplomatik korpus nümayəndələri təhdid edilir və Çanaqqala dəvətini qəbul edən 77 ölkə rəhbərlərinə “ölkənizi qarışdırarıq” mesajı verilir. Fransa, Almaniya və Belçikada ciddi dəstək aldıqlarından güclü olan Asala ilk mərhələdə 21 simpatizanı ilə ortalığı qarışdıracaq. Terror fəaliyyəti üçün ilk olaraq, Cənubi Amerika və ya Avropa ölkələrindən birini seçəcək Asala 2014-cü ilin ortalarından bəri ciddi terror fəaliyyəti ilə məşğuldur.
Belə ki, 18 avqust 2014-cü ildə erməni kökənli rus vətəndaşı Artur Mirzoyan Türkiyənin Moskva səfirliyinin gerbinə atəş açdı.
16 fevralda Türkiyənin Lyon Baş konsulluğunun önünə daşnaqların Fransadakı gənclik qolu olan Fra Nor Seround örgütü tərəfindən irqçi elanlar asıldı.
27 fevralda türk QHT-ləri tərəfindən Toronto Universitetində təşkil olunan “1-ci Dünya Savaşı: Şərqi Anadounun insan acısı” isimli panel ermənilər tərəfindən əngəlləndi.
Bu kimi hadisələr çox olmaqla yanaşı utandırıcı hal ondadır ki, Türkiyəyə öz haqlı davasını dünyanın müxtəlif ölkələrində müdafiə etməyə imkan verməyən ermənilər qardaş ölkədə rahat şəkildə öz təbliğatlarını aparırlar. Məsələn, ayın 8-də Antaliyanın Ağdəniz Universitetində “Türk Erməni Qədim Dostluğu”na dair simpozium keçiriləcəkdir. Bir sıra tanınmış türk aydınına da məruzəçi olaraq yer verərək, gözdən pərdə asan universitet rəhbərliyi daha çox ermənilərin ürəyi istəyən mövzulara yer verib.
Qeyd edək ki, Hrant Dinkin ölüm günü “Hrantla və Soyqırımla üzləş “ şüarı ilə İstanbulda yürüş edən ermənilər yenidən CHP və HDP-dən olan deputatların da iştirakı ilə mitinq etmək fikrindədirlər. Bu barədə İstanbul Azərbaycan Kültür Evinin Hikmət Elp də açıqlama verib. Hikmət bəyin sözlərinə görə, Avropa və Amerikadan 600-dən çox erməni diasporunun simpatizanları bu münasibətlə İstanbula gəlməyi planlaşdırırlar: “Hrant Dinkin anım günündə olduğu kimi ermənilər HDP ilə birlikdə böyük bir anma törəni keçirmək istəyirlər”.
***
Onu da vurğulamaq lazımdır ki, ermənilər 24 aprelə qədər istəklərinə nail olmasalar, ciddi terror fəaliyyətinə əl atmaları mümkündür. Burada hədəfin təkcə Türk diplomatlar olmayacağı da bilinir. Təəssüfləndirici hal ondadır ki, Azərbaycan diplomatlarının təhlükəsizliyi türk diplomatlarına baxanda dəfələrlə zəifdir. Xüsusilə, ermənilərin sıx yaşadığı ABŞ ştatlarındakı və Avropadakı diplomatlarımızın təhlükəsizliyinin artırılmasına böyük ehtiyac var. Bunun üçün heç də erməni terrorunu gözləmək lazım deyil….
Yenicag.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar