Bu dəfə ixtisarlar yaş senzi adı altında aparılır
Neftin ucuzlaşmasından sonra dövlət qurumlarında başlanan kütləvi ixtisarlar davam edir. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, indi də ixtisarlar yaş senzi adı altında aparılır. “Yaş senzinin tətbiqi dövlət qurumlarına gənc kadrların cəlb edilməsi üçündür.
Yəni, bir neçə il əvvəl yaş senzinə görə işdən çıxarılanların yerinə gənc kadrlar işə götürülürdü. Lakin bu dəfə belə deyil. Bu sadədə ixtisardır. Bu dəfə yaş senzinə görə işdən çıxarılanlar gənc kadrlarla əvəz olunmur”, - deyə mənbə bildirib.
Məlumatda qeyd edilir ki, ixtisarlar bütün dövlət qurumlarında aparılır. Qaynağımızın sözlərinə görə, yaş senzinə görə aparılan ixtisarlar nəticəsində minlərlə insan işini itirəcək. “Hələ bir neçə il əvvəl müəllimlərə yaş senzi tətbiq ediləndə 10 mindən artıq müəllim işini itirdi. Indi təsəvvür edin, ixtisarlar bütün dövlət qurumlarında aparılır”,- deyə mənbə vurğulayıb.