“Gürcüstanda yeni terror aktları baş verə bilər”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın eks-spikeri Nino Burcanadze çıxış edib.
O buna əsas səbəb kimi Gürcüstan vətəndaşlarının İŞİD-in tərkibində vuruşmasını göstərib:
“Bu bizim savaş deyil və bizim vətəndaşlar buna cəlb olunmamalıdır. Əks halda Gürcüstan ərazisində terror və digər hallar baş verəcək. Təəssüf ki, köməksiz ölkə kimi biz bunun qarşısını ala bilməyəcəyik”.