İranla Türkiyə razılığa gəldi

7-04-2015, 16:11   
İranla Türkiyə razılığa gəldi
"İran İslam Respublikası ilə "altılıq" ölkələri arasında nüvə razılaşmasına verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edirik."

ANS PRESS-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani bildirib.

H.Ruhani prezident Rəcəb Tayyip Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib ki, təkbətək görüşlərdə Yəməndə baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılıb. "Bu ölkədə atəşkəsə nail olmaq, terror hadisələrinin qarşısının almaq hər iki ölkənin arzusudur. Biz bu barədə razılıq əldə etdik. İstəyirik ki, bölgəyə sülh, əmin-amanlıq gəlsin. Biz bölgə ölkələrinə diplomatik yardımlar göstərməklə, mühüm addımlar həyata keçirməklə Yəməndə mövcud problemlərin çözülməsinə nail olacağıq. Üçüncü ölkələrin aranı qarışdırmaq səylərinə yol verməməliyik", - deyə Həsən Ruhanı bildirib.

İran prezidentinin sözlərinə görə, Yəməndəki hadisələrin dayandırılması vacibdir. .
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar