ABŞ-da yeni “İncil” satışa buraxılıb.
Axar.az “Lentnews.ru”ya istinadən xəbər verir ki, bu “İncil” heç də digər müqəddəs kitablara bənzəmir. Yeni “İncil”də “Tanrı” sözünün yerinə amerikalı reper Kanye Vestin adı yazılıb.
Satışa buraxılan bu kitablar “Əvvəlcə Kanye səmanı və yeri yaratdı” cümləsi ilə başlayır.
Qeyd edək ki, sözügedən “İncil”i internet vasitəsilə 13,77 dollara əldə etmək olar.