Fəlsəfə professorlarını uzun müddətdir məşğul edən “Bir adamın daha çox adamı öldürməsinin qarşısını almaq üçün o adam öldürülməlidirmi?
Belədirsə, bu, etik bir şeydirmi?” - sualına yeni cavab tapılıb.
Axar.az xəbər verir ki, sonuncu araşdırma cavabın cinsiyyətə görə dəyişdiyini ortaya çıxarıb.
Amerikalı, alman və kanadalı araşdırmaçılar 6 min 100 nəfərə etik baxımdan müzakirəli olan müxtəlif suallar yönləndirilib. Bu sualların arasında “İkinci Dünya Müharibəsini törətməsinin qarşısını almaq üçün nasistlərin lideri Adolf Hitleri öldürərdinizmi”, - sualı da olub.
Nəticələr qadınların asanlıqla cinayət törədə bilməyəcəyi və Hitlerin yaşamasına izn verəcəklərini göstərib. Kişilər isə Hitleri “bəşəriyyətin xilası naminə” qadınlara nisbətən daha çox öldürmək istəyir.