Ermənistanda yerləşən Rusiya hərbi bazasının hərbi qulluqçuları Qələbə gününün 70 illiyi ilə əlaqədar keçirilən parada fəal şəkildə hazırlaşmağa başlayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açılqma verib.
Bildirilir ki, paradda Gümrü hərbi qarnizonunun 1,2 min hərbi qulluqçusu iştirak edəcək: "Bundan başqa, paradda Rusiya hərbi bazasının əsgərləri, Rusiyanın Emənistanda fəaliyyət göstərən Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri, Ermənistan hərbi hava qüvvələrinin iştirakı gözlənilir", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, mayın 9-da Rusiyanın paytaxtı Moskvada Qələbə paradı keçiriləcək. Burada yeni silahlar nümayiş olunacaq. Onlardan biri də "Armata T-14" tankıdır ki, ilk dəfə Moskvada Qələbə paradında nümayiş olunması gözlənilir. Rusiya Azərbaycanda daxil olmaqla dünyanın bir sıra ölkə rəhbərlərinə mərasimdə iştirak etmək üçün dəvət göndərib.
Mənbə
ANS PRESS