Ermənistan prezidenti Serj Sərkisyanın növbəti açıqlaması Rusiya asılılığının bariz nümunəsi kimi müşahidəçilərin diqqətini çəkib. Sərkisyan deyib ki, mən böyük sevinc hissi ilə rusiyalı investorları Ermənistanın iqtisadi inkişafında iştiraka səsləyirəm.
Axar.az xəbər verir ki, Sərkisyan Rusiyanın hazırda Ermənistanda əsas investor olduğunu qeyd edib:
“Rusiyalı investorların problemlərlə qarşılaşması bizim problemimiz deməkdir. Mən böyük sevinc hissi ilə rusiyalı investorları Ermənistanın iqtisadi inkişafında iştiraka səsləyirəm. Hazırda bizim ölkədə 1300 Rusiya şirkətinin kapitalı var”.
Qeyd edək ki, müşahidəçilər xüsusi olaraq Sərkisyanın bu dəvəti “böyük sevinc hissi” ilə açıqlamasına diqqət çəkirlər.