Alimlərdən sensasiyalı nəticə: kompüter və televizorlar gözə ziyan deyilmiş.

7-04-2015, 23:56   
Alimlərdən sensasiyalı nəticə: kompüter və televizorlar gözə ziyan deyilmiş.
Amerikalı alimlər uzun müddətli eksperiment nəticəsində sübut ediblər ki, kitab oxumağın, televizor və ya kompüter ekranları qarşısında oturmağın insanın görmə qabiliyyətinə heç bir təsiri yoxdur.

Musavat.com-un xarici mənbəyə istinadən verdiyi xəbərə görə, ABŞ-dan olan mütəxəssislər yeniyetmə yaşında görmənin pisləşməsi ilə kompüterlərdən, elektron cihazlardan istifadə, kitab oxuma və televiziya verilişlərinə baxma arasında əlaqə olmasını rədd ediblər.

Tədqiqat 20 il çəkib. Respondentlərin sayı 4500 nəfər olub. Bəlli olub ki, sadalanan elektron cihazların, televizora baxmağın və kitab oxumağın görmə qabiliyyətinə çox cüzi təsiri var.

Bu, təəccüb doğuran kəşf məhz kompüter və televiziya qarşısında vaxt keçirməyin, kitab oxumağın görmə qabiliyyətini korlaması barədə bəşəriyyətin əminliyini alt-üst edir.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar