Rus hakerlər Ağ Evə hücum etdi

8-04-2015, 13:34   
Rus hakerlər Ağ Evə hücum etdi
Rus hakerlər Dövlət Departamentinin elektron poçtunun sındırılmasından istifadə edərək, Ağ Evin kompüter sisteminə daxil olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı CNN televiziyası yayıb.

Ağ Evdən isə televiziyaya verilən açıqlamada hakerlərin yalnız gizlilik xarakteri daşımayan məlumatlara yol tapdığı deyilib.

Qeyd edək ki, Ağ Evin kompüter sisteminə hakerlərin müdaxiləsi keçən ilin oktyabrında bəlli olmuşdu. Həmin zaman işin hansı hakerlər tərəfindən edildiyi müəyyən olunmamışdı. Hazırda isə bu işi Məxfi Xidmət, Federal Təhqiqatlar Bürosu araşdırır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar