“Yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfəri gözlənilir”.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan açıqlama verib.
Moskvada rusiyalı həmkarı ilə görüşən Nalbandyan Putinin qondarma erməni soyqırımının 100-cü ildönümü ilə bağlı keçiriləcək mərasimlərə iştirak edəcəyini təsdiqləyib.
Qeyd edək ki, buna qarşılıq olaraq da Ermənistan Prezidenti Serj Sərkisyan Moskvada 9 may Qələbə bayramının 70-ci ildönümünə həsr edilmiş tədbirlərdə iştirak edəcək.