Bu gün paytaxtın Nərimanov rayonu ərazisində çoxmərtəbəli binanın damından yıxılaraq ölən şəxs MTN-in polkovnik-leytenant rütbəli zabiti Azər Əliyevdir.
Bu barədə virtualaz.org saytına Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.
Hal-hazırda araşdırma aparılır və xüsusi xidmət zabitinin ölümünün təfərrüatları aydınlaşdırılır.
* * *16:16
Nərimanov Rayon Prokurorluğundan intihar faktını təsdiq etsələr də bu barədə əlavə açıqlama vermək və mərhumun soyadını açıqlamaq istəmədilər.
Prokurorluqdan virtualaz.org saytına verilən məlumata görə, belə bir intihar hadisəsi doğrudan da baş verib. Prokurorluqdan o da bildirildi ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb və araşdırma aparılır.
Virtualaz.org
* * *15:45
Bu gün günortaya yaxın MTN-in əməkdaşı Bakının Nərimanov rayonunda, Həsənoğlu küçəsində yerləşən çoxmərtəbəli binadan özünü ataraq, faciəli şəkildə dünyasını dəyişib.
Analitik.az saytının verdiyi məlumata görə, 35-37 yaşlarında olan Azər adlı şəxs MTN-in baş idarəsində məsul vəzifədə imiş. Onun intihar etdiyi, yaxud kiminsə tərəfindən öldürülməsi faktı araşdırılır. Ölüm faktı ilə bağlı cinayət işi açılıb, istintaq davam edir.