Bakıda anasını öldürən oğul

8-04-2015, 19:35   
Bakıda anasını öldürən oğul

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirli bilinən Elvin Əzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Şəkər Məmmədova sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Elvin Əzimov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E. Xəlilov küçəsi 1 ünvanında baş verib. Orada yaşayan 22 yaşlı Elvin Emin oğlu Əzimov anası, 1968-ci il təvəllüdlü Esmira Talış qızı Əzimovanı qətlə yetirib. Elvin Əzimov qətli törətdikdən sonra binanın pəncərəsindən tullanaraq qaçmaq istəyib. Bu zaman onun hər iki ayağı sınıb.

Törətdiyi cinayət əməlinə görə E.Əzimov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham olunub.

İnarə

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar