Bu çıxış Ukraynanı bir-birinə vurdu - Putinin sifarişi VİDEO
8-04-2015, 20:18
"“Batkivşina” partiyasının və koalisiya üzvlərinin bəzi şəxsləri Rusiya Prezidenti Vladimir Putinin sifarişi ilə işləyir".
Axar.az xəbər verir ki, bu sözləri Daxili İşlər nazirinin köməkçisi Anton Geraşenko Ali Radada çıxışı zamanı bildirib.
Geraşenkonun çıxışına münasibət bildirən Ali Radanın sədr müavini Nikolay Tomenko iddia ilə bağlı yığıncaq keçirməyin lazım olduğunu qeyd edib:
"Koalisiya üzvü çıxış edir və bildiri ki, koalisiya tərkibində Putinin sifarişi ilə çalışanlar var. İdeoloji prinsiplərimiz əsasında yığıncaq keçirmək lazımdır. Bu cür bəyanatlar koalisiyanın dağılmasına səbəb ola bilər. Xalq Cəbhəsinin bu mövqeyi çoxlu problem yaradıb".