28 yaşlı Dana Vulinin həyatı bir anda dəyişib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, olduqca gözəl bədəni olan Dana yeni il partisində bir kişi ilə söhbət edib. Sadəcə bir neçə cümlədən ibarət olan bu dialoq həmin şəxsin həyat yoldaşının qısqanclığına səbəb olub. Dananı tez-tez telefonla təhdid edən Natali Dimitrovska adlı qadın ona "o gözəl üzünü məhv edəcəyəm" deyib.
Bir müddət sonra narkotikanın təsiri altında D.Vulinin evinə gələn qadın onun üzərinə texniki spirt tökərək yandırıb. Dana sonrakı reportajlarında Natalinin onu yandırdıqdan sonra hadisə yerini gülərək tərk etdiyini deyib. Bədəninin 64 faizi yanan gənc qız çoxlu əməliyyatlar keçirərək, 2 il ərzində üzündə maskayla gəzib:
"Üzümdəki maska məni yoxmuşam kimi hiss etdirir. Sanki üzsüzəm".
Bu müddətdə o, həm də xərçənglə mübarizə aparıb. Çətin əməliyyatdan sonra xəstəlikdən canını qurtaran Dana məhkəmədə də üzündə maska iştirak edib. İki ilin sonunda bir televiziya kanalı ona üzündəki maskasını canlı yayımda açmağı təklif edir. Bunu qəbul edən qız televiziyaya çıxıb və milyonlarla insan Dananın yeni üz görünüşünə şahidlik edib:
"Ölmək asan yol olardı. Amma heç vaxt asanı seçmərəm. Bəzi insanlar bədənim haqqında nə düşündüyümü soruşur. Mənsə cavabında fəxr etdiyimi deyirəm".