Rektorun döyülən qızı: “Seksual manyak idi” - Video

8-04-2015, 23:44   
Rektorun döyülən qızı: “Seksual manyak idi” - Video

Rektorun döyülən qızının növbəti videosu arxivdə yer alıb.

Axar.az xəbər verir ki, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının psixoloq qızı Ülkər İsayeva ikinci mühazirəsində Ziqmund Freydin nəzəriyyələrindən danışıb. Ü.İsayeva geniş çıxışında qeyd edib ki, o dövrlərdə Freyd anormal adam kimi qəbul olunurdu:

“Deyirdilər ki, Freyd seksual manyak idi. Onun narkoman olduğunu iddia edirdilər. O, həyatı boyu kokaindən istifadə edib, xəstələrinə də müalicə kimi kokaini yazırdı. Çünki o dövrdə bu maddə qadağan deyildi. İnsanlar deyirlər ki, kokainin qəbulunun təsiri idi ki, Freyd bu cür nəzəriyyələr irəli sürürdü. Kokain mərkəzi sistemi aktivləşdirir, iştahı artırır, yuxunu yaxşılaşdırır. Filosof da özünü rahat hiss etmək üçün bundan istifadə edirdi. O, bir yazısında kokaini möcüzəvi dərman adlandırmışdı”.

Ü.İsayeva Freydin psixoanalizində uşaqlıq instiktlərindən danışıb:

“Freydin dediyinə görə, oğlan atası kimi olmaq istəyir. Ata üzünü qırxırsa, o da qırxmaq istəyir. Qız isə anası kimi paltarını geyinib gəzməyə başlayır ki, atası ona baxsın. Başqa bir nəzəriyyəsində yazır ki, qız uşaqları kişilərin cinsiyyət orqanına həsəd aparır. Bu, o dövrdə ziddiyətlə qarşılanıb. Hətta feminist qadınlar bunu alçaldıcı nəzəriyyə hesab ediblər”.

Xatırladaq ki, martın 8-dən 9-na keçən gecə, saat 04 radələrində Ülkər əvvəlcədən tanıdığı şəxslər tərəfindən küçədə döyülüb. Onu döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. H.İsaxanlı mətbuata açıqlamasında övladının döyülməsi xəbərini təkzib edərək videoda görünən xanımın Katya adlı qız olduğunu bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.