Ali radanın Rüşvətxorluqla mübarizə komitəsinin iclası zamanı fraksiyadan kənar deputat Borislav Bereza və Radikal partiyanın deputatı İqor Mosiyçuk arasında münaqişə baş verib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Videoyazıdan da göründüyü kimi İqor Mosiyçuk emosiyalarına hakim ola bilməyib, mineral su şüşəsini deputat Boris Berezaya atıb. Bu zaman arxa planda kiminsə “Mosiyçuk, vur!” deyə qışqırması eşidilir.[media=https://www.youtube.com/watch?v=v-wosj35xJQ]