Milanda məhkəmə binasında atışma: qurbanlar var - VİDEO
9-04-2015, 15:32
FaktXəbər-in verdiyi məlumata görə, Milanda Ədliyyə Sarayında atışma baş verib. Hadisə nəticəsində ölənlər var. Hadisə vaxtı məhkəmə saxta müflisləşmə məsələsinə baxırdı. Bildirilir ki, atəşi cavabdeh tərəf açıb.
Hadisə nəticəsində iki nəfər həlak olub, bir nəfər isə yaralanıb. Qeyd edək ki, bəzi yerli KİV orqanlarında qurbanın 1-dən artıq olduğunu bildirir.
Atəş açan şəxs gizlənib. Hazırda binanın daxilində onun axtarışı gedir. Hadisə vaxtı binadan olan insanlar evakuasiya olunub.