Prezident ailəsində xəyanət skandalı... - Video

9-04-2015, 15:42   

Ağ Evdə bağlı qapıları arxasında yaşananlardan bəhs edən “The Residence” (“İqamətgah”) kitabında Amerikanın keçmiş dövlət katibi Hillari Klintonun eks-prezident əri Bill Klinton tərəfindən Monika Levinski ilə aldadıldığını öyrənəndə verdiyi ilk reaksiyadan da bəhs edilib.

Axar.az xəbər verir ki, Keyt Andersonun 100-dən çox Ağ Ev işçisi ilə apardığı müsahibədən sonra qələmə aldığı kitaba görə, Hillari Klinton skandalı eşidəndə Bill Klintonun başına kitabı tullayıb və onun başından yaralanmasına səbəb olub. Xanım Klinton bununla da kifayətlənməyib və ərini aylarla yataq otağına buraxmayıb.

Hadisə üzə çıxandan sonra cütlüyün yataq otağına girdikləri və sonra yataqda qan izi tapıldığını danışan bəzi işçilər bunu Hillarinin ərinin başına kitab vurması ilə izah ediblər. Çünki iddialara görə, yatağın başındakı tumbada aralarında İncilin də olduğu 20-yə yaxın kitab vardı. Bill Klinton isə gecə duşa getmək üçün qalxdığını və başını qapıya vurduğunu söyləmişdi.

Kitabda Ağ Evin işçiləri cütlüyün böyük mübahisələr etdiyini, bəzən də uzun müddət bir-biri ilə danışmadıqlarını iddia ediblər.

1988-ci ildə ictimaiyyətə məlum olan Levinski skandalından sonra nə Bill, nə də Hillari mövzu ilə bağlı heç bir açıqlama verməyiblər.

Xatırladaq ki, bir müddət əvvəl Monika Levinskinin 27 il əvvəl Ağ Evdə prezidentə aşiq olmağı və daha sonra başına gələnləri TED-də danışması o qalmaqallı hadisəni bir daha gündəmə gətirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar