“ABŞ hökumətinin başlıca hədəfi rus-alman ittifaqının qarşısını almaqdır”.
Axar.az xəbər verir ki, bu barədə “Stratfor” araşdırmalar mərkəzinin direktoru Corc Fridman deyib. O, bununla da ABŞ-ın tarixi qorxusunu ilk dəfə açıq şəkildə ifadə etmiş olub:
“ABŞ hökuməti Almaniya texnologiyasının və sərmayəsinin Rusiyanın təbii sərvətləri ilə birləşməsindən yaranacaq ittifaqdan qorxur. Rəsmi Vaşinqton ABŞ-ın hegemonluğunu sarsıdacaq alternativ dünya gücünün yaranmasından narahatdır. Belə bir ittifaqın yaranması dünyanı iki qütbə çevirəcək. Məhz ABŞ bunun qarşısını almaq üçün Rusiya və Almaniyanı zəiflədəcək strateji siyasət aparır. Obama administrasiyasının Ukraynada apardığı siyasət bunu sübut edir. Lakin ABŞ rus-alman ittifaqını əbədiyyən əngəlləyə bilməyəcək”.
Qeyd edək ki, “Stratfor” Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) yaxınlığı ilə məşhurdur.