Kriminal “razborka”larda ölən erməni xüsusi təyinatlılar guya, Qarabağda azərbaycanlılar tərəfindən öldürülmüş kimi rəsmiləşdirilir. Ermənistan prezidenti Sarkisyan tərəfindən idarə olunan hökumətdə yalnız kriminal qruplaşma rəhbərləri olan oliqarxlar və onların banda üzvləri təmsil olunur. Başda S.Sarqsyan olmaqla bu siyasi-kriminal-oliqarx sistemi ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatını tam şəkildə öz inhisarına alıb. Vəziyyət o həddə çatıb ki, artıq hökumət təmsilçiləri bunu açıq-aşkar etiraf etməkdən belə çəkinmirlər. Hətta Ermənistan KİV-i qapalı rejimdə fəaliyyət göstərsə belə, zaman-zaman hakim elitanın kriminal fəaliyyəti barədə ilginc məlumatlara rast gəlinir. Prezidentin qardaşı Aleksandr Sarqsyan, parlamentin spikeri Ovik Abramyan, dövlət büdcəsi komitəsinin rəhbəri Qagik Xaçatryan, “Nemes Rubo” ləqəbli deputat Ruben Ayrapetyan, “Lfik Samo” ləqəbli Samvel Aleksanyan, Qaqik Tsarukyan və digərlərinin ardından, Ermənistan xüsusi təyinatlı dəstəsinin komandiri, polkovnik Arsen Kotoyanın da kriminal qruplarda məsul yer aldığı bildirilir.
“Aravot” qəzetinin yazdığına görə, Arsen Kotoyanın atası Seryoja Kotoyan “Metaksi Ser” ləqəbli kriminal avtoritet olub. O, məşhur kriminal avtoritet Svo Rafonun davamçısı kimi Ermənistanda və keşmiş SSRİ ərazisində bir çox qeyri-qanuni fəaliyyətlərlə məşğul olmuşdur. 1997-ci ildə, “Metaksi Ser” Robert Koçaryanın himayə etdiyi “əfqan veteranlar” adlı dəstə tərəfindən Xorenasi küçəsində yerləşən şəxsi ticarət mərkəzində qətlə yetirilmişdir. 2007-ci ildə isə Arsen Kotoyanın özü növbəti razborkalardan sonra evinin qarşısında güllələnsə də, ağır yaralarla sağ qalmışdır.
Qarabağ döyüşlərində Ermənistan xüsusi təyinatlı dəstəsində zabit olmuş “Bessmertnıy fidain” adlı veteran erməni forumlarından birində yazdığı şərhdə qeyd edib ki, Arsen Kotoyanın İrəvanda, xüsusilə də Metaks bağının ətrafında bir sira obyektləri var. Kotoyan tabeliyində olan xüsusi təyinatlıları kriminal “razborka”lara cəlb etməklə onlardan sanki öz şəxsi ordusu kimi istifadə edir. Seyran Ohanyanın ən etibarlı adamlarından olan Kotoyan, Ohanyanın tapşırığı ilə sifarişli qətillər, adam oğurluğu, maşınları və evlərin yandırılması, təhdid, silahla qorxutma kimi bütün qanunsuz işləri yerinə yetirir. Qeyd olunur ki, hətta “razborka”larda ölən və yaralanan erməni hərbi qulluqçuları Qarabağda azərbaycanlılar tərəfindən öldürülmüş kimi sənədləşdirilərək rəsmiləşdirilir və əsl həqiqət ictimaiyyətdən gizlədilir.
Məlumatda qeyd olunub ki, Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsi, hər gün erməni əsgərlərinin həlak olması Sarkisyanı qəti narahat etmir. Əksinə, Dağlıq Qarabağdakı vəziyyətin gərginləşdikcə, həlak olan erməni əsgərlərinin sayı artdıqca xaricdən ölkəyə göndərilən küllü miqdarda pul vəsaitlərinin sayı artır və Sarqisyan hökuməti tərəfindən mənimsənilir. Erməni əsgərlərinin cəsədlərinin hesabına varlanan Saqisyan həmin vəsaitləri mənimsəyərək, ölkəni kriminal qanunlarla idarə etməkdə daha da qətiləşir.
Təsadüfü deyildir ki, son 10 ilin ən böyük kriminal sammiti hesab olunan “sxodka”nın məhz Ermənistanda, kurort bölgəsi olan Kotaykda keçirilməsinə razılıq birbaşa prezident Serj Sarkisyan tərəfindən verilmişdir. Yüzlərlə avtoritetin qatıldığı sxodkanın təşkilatı məsələləri prezidentin qardaşı “Saşik” ləqəbli Aleksandr Sarqsyan vasitəsi ilə həll edilmişdir. (Avropa.info)