Rusiyanın ən yeni T-14 «Armata» tankı mayın 9-da keçiriləcək paradın məşq zamanı iki dəfə sıradan çıxıb. İstehsalçılar isə tankın qaydada olduğunu deyir və onun sıradan çıxmasında əsgərləri günahlandırır. «Armata»nın istehsal olunduğu «Uralvaqonzavod»un baş direktorunun müavini Aleksey Jariç məlumatın həqiqəti əks etdirmədiyini bildirib. Zavod nümayəndələri tankın problemlə üzləşməsini iş prosesinin tərkib hissəsi kimi qiymətlədirib. Zavoddan həmçinin bildirilir ki, tankı idarə etmək üçün təcrübəli ekipaja ehtiyac var. Bunun üçün də paradda tankları idarə edəcək ekipajlar hazırlanır.
Tankı hazırlayanlardan biri isə T-14-ün hazırlıq səviyyəsi aşağı olan hərbçilər üçün nəzərdə tutulduğunu və asan idarə edildiyini deyib.
azadlıq.info