Rektor qızının döyülməsi hadisəsindən bir ay ötdü.
Axar.az xəbər verir ki, martın 8-dən 9-na keçən gecə tanışları tərəfindən ictimai yerdə döyülən Ülkər İsayevanın işində adı hallanan Katya hələlik ortada yoxdur. Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı video kadrlarda döyülən qızın onun övladı yox, Katya adlı bir tanışı olduğunu iddia edirdi. Rektorun sözlərinə görə, Ülkər tanışlarını qorumaq naminə bu addımı atıb, yəni döyülənin özü olduğunu deyib və şikayət etməyib. Bununla gəncləri xilas etmək niyyətində olub.
H.İsaxanlı döyülənin əslində, Katya adlı bir qız olduğunu deyirdi. Amma geridə qalan bir ay ərzində Katya kimdirsə, müəyyən olunmadı. Hətta onun nə zərər çəkmiş kimi ifadəsi alınıb, nə məhkəmədə iştirakı olub. Bu isə öz növbəsində Katya adlı birinin olmadığına şübhələr açıb.
Xəbərdə bildirilir ki, sadəcə, prokurorluğun rəsmi məlumatında zərər çəkən şəxs qismində Ü.İsayevanın adı keçirsə, niyə də Katya başına gəlməyən bir işə görə şikayətçi olsun?! Odur ki, Katyanın ictimaiyyətə açıqlama və ya məhkəməyə ifadə verəcəyi inandırıcı görünmür.
Xatırladaq ki, martın 8-dən 9-na keçən gecə, saat 04 radələrində Ülkər əvvəlcədən tanıdığı şəxslər tərəfindən küçədə döyülüb. Onu döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ü.İsayeva isə videonun yayılmasının ertəsi günü Feysbuk səhifəsində hamının narahat olmamağa çağırıb, diqqətə görə təşəkkür edib. [media=https://www.youtube.com/watch?v=WjxyZ8PCCR4]