Ermənilərin layihəsi olan «Comedy Woman»ı Azərbaycana kim dəvət edib?
Təşkilatçılar niyə gizlənir? Hakimiyyət «qazdığı quyu»ya özü düşür
Azərbaycan hakimiyəti uzun illər ərzində “erməni” kartından sui-istifadə edib. Ermənistanın işğal etdiyi 20 faiz ərazini geri qaytarmaq əvəzinə, ölkənin vicdanlı insanları “ermənipərəst” ittihamı ilə təqib olunub. Bir qayda olaraq ölkə müxalifəti, tənqidi yazılar yazan jurnalistlər, vicdanlı hüquq müdafiəçələri “erməni” damğası ilə gözdən salınır, iyrənc kampaniya aparılır.
Bu gün həbsdə olan tanınmış insanların sırasında da “erməni” ittihamı ilə cəza çəkənlər var. Halbuki bu adamların dövlət əleyhinə hər hansı fəaliyyətləri olmayıb. Sadəcə olaraq hakimiyyətin yarıtmaz siyasətini ifşa etdiklərinə görə həbs olunublar. Yuxarıda qeyd etdiyimiz kimi erməni məsələsi cəmiyyətdə həssas mövzu olduğuna görə, hakimiyət bundan namərdcəsinə istifadə edib.
Amma zaman-zaman məlum olub ki, erməni sevgisi bu hakimiyyətə daha uyğundur. Avropa Oyunlarına gələcək erməni heyətinin xərclərini Azərbyacan tərəfi ödəcəyək, Azərbaycan tərəfə keçmiş erməni hərbçi ölkə vətəndaşından daha çox qayğı ilə əhatə olunub, Ermənistanın bir nömrəli təminatçısı olan Rusiya Azərbaycan hakimiyyətinin dostudur və s. Yəni ermənilərə qarşı canıyananlıq Azərbaycan hakimiyyətinin fəaliyyətində əks olunur.
Indi də məlum olur ki, Bakıda konsert verəcək “Comedy Woman” truppasının da başında ermənilər dayanır.
Bu haqda “Planeta Parni iz Baku” teatrının rəhbəri Tahir Imanov “0xu.az” saytına açıqlamasında bildirib: “Mənim və bizim ”Parni iz Baku" teatrının kollektivinin qarşı olduğu “Comedy Woman” erməni layihəsidir, ona ermənilər rəhbərlik edir. Problem ondadır ki, bu konsertə sərf edilən bütün pullar, rəhbərliyin - ermənilərin cibinə axacaq".
Tahir Imanovun sözlərinə görə, “Comedy Woman” erməni millətinə mənsub Artur Canibekyan, Qarik Martirosyanın rəhbərlik etdiyi qrupa daxildir: “Mən bildirdim ki, onlar ermənidirlər və burada artıq məntiqlə düşünmək lazımdır. Sadə məntiq budur: burada pullar qazanılır, sonra Ermənistana göndərilir, bu pullara isə azərbaycanlı əsgərlərə atılacaq güllələr alınacaq. Xaricdə pul qazanan hər bir erməni istədi-istəmədi vətənə pul göndərir. Mən başqa şeyi soruşmaq istərdim, bizə təzyiq göstərən, ”bunu göstərməyin, polisi göstərməyin, vergiləri göstərməyin" və s. deyən məmurlar hardadır? Qoy Bakıya erməni truppasını gətirənlərə təzyiq göstərsinlər. Onlar niyə yatırlar? Indi niyə heç kim heç nə demir? Bu brend erməni brendidir? Niyə heç bir məmur fikir söyləmədi? Prezident deyib ki, erməni-Azərbaycan münaqişəsi həll olunmayanadək ermənilərlə heç bir müştərək layihə, istənilən sahədə həm iqtisadi, həm mədəni, ümumiyyətlə, heç bir layihə olmamalıdır. Elə alınır ki, bu layihəni gətirənlər prezidentin sərəncamına qarşı gələrək onun sözlərinə riayət etmirlər. Belə çıxır ki, bu sahədən olan məmurları tənqid edə bilmərik, amma erməni layihəsini gətirmək və buna göz yummaq olar. Mən hələ bir neçə il öncə bura “Mənim Ermənistanım”ı oxuyan Irina Alleqrovanı və Filip Kirkorov kimi etnik ermənilərin gətirilməsini demirəm. Mən bu barədə susuram. Parodiya etməyi, tənqid etməyi qadağan etməyə başlayırlar. Amma söhbət dövlət əhəmiyyətli məsələdən gedəndə onlar susurlar. Niyə susurlar? Nəyə görə erməni layihəsi müharibə gedən torpaqda olmalıdır? Mən başa düşə bilmirəm niyə insanlar bu konsertlərə bilet alırlar? Onlar nə vaxt ayılacaqlar? Bizdə əsl müharibə gedir".
O da bəlli olub ki, “Comedy Woman”ın konserti “Buta Palace”də keçiriləcək. Məlumat üçün deyək ki, “Buta Palace”də hər hansı tədbirin keçirilməsi üçün ən yüksək səviyyədə razılıq alınmalıdır.
Axar.az məsələ ilə bağlı “Buta Palace”la əlaqə saxlayıb. Sözügedən məkanın marketinq meneceri Alla xanım deyib ki, onlar planlaşdırılan konsertlərdən xəbərsizdirlər: “Biz yeri kirayə veririk. Iştirakçıların kimliyi ilə bağlı heç bir məlumatımız yoxdur. Təkcə onu bilirik ki, ”Comedy Woman" konsertinin təşkilatçısı “33 event” şirkətidir".
“33 event” şirkətindən telefona cavab verən şəxs isə deyib ki, o, təşkilatçı deyil, rəhbərliklə əlaqəsi yoxdur. Sonda “Bəs siz kimsiniz? Bilet satırsız?” sualına, “Yox, mən kartof satıram”, - deyə cavab verərək dəstəyi asıb.
Məsələyə komediya ustası Bəhram Bağırzadə də münasibət bildirib. O, Axar.az-a deyib ki, bu işlə aidiyyəti qurumlar maraqlanmalıdır: “Bu, komediya məsələsi deyil, xüsusi orqanların işidir. Onlar aydınlaşdırmalıdır ki, necə olur ermənilər gəlir bura? Bu sualı bunun erməni layihəsi olduğunu bilə-bilə onları bura gətirən o şirkətə vermək lazımdır. Onların Bakıya gəlməsinə kim icazə verib? Necə olub ki, bu qrupa şərait yaradılıb? Teatr kimi, əlbəttə ki, onlar əladır. Bu ”Comedy Woman" çox gözəl layihədir. Sağ əlləri bizim başımıza ki, biz də nə vaxtsa bir yerimizi qaldırıb elə bir layihə yaradaq".
Qeyd edək ki, “Comedy Woman”ın rəhbəri olan Nataliya Yeprikyan “Comedy Club Production” qrupuna daxildir.
Rusiyanın “Comedy Club”u 2003-cü ildə yaradılıb, bura Artur Canibekyan, Artak Qasparyan, Artur Tumasyan, Artaşes Sarkisyan, Qarik Martirosyan və bir çox başqalarının oynadığı “Novıye Armyane” Şən Hazırcavablar Klubu komandası daxildir.
Göründüyü kimi “erməni ovu”na çıxmış hökumətimiz ermənilərin pul qazanmasına da köməklik göstərir. Yadınızdadırsa, Milli Şuranın rəhbərliyində olan bəzi şəxslər Gürcüstanda bir hoteldə Rüstəm Ibrahimbəyovla görüşmüşdülər. Sonradan ölkə telekanalları, hakimiyyət mətbuatı gecə-gündüz tirajladı ki, bu hotel hansısa erməniyə məxsusdur. Düzdür, sonradan məlum oldu ki, SOCAR da həmin hoteldə tədbir keçirib. Amma məsələnin mahiyyəti budur ki, hansısa müxalif fikirli şəxsin ermənilərin iştirak etdiyi tədbirə qatılmasını, hansısa tənqidçinin 20 il bundan əvvəl bir erməniyə salam verməsini, vətənə xəyanət kimi qiymətlənidirənlər, erməni truppasını bəh-bəhlə Bakıya dəvət edirlər. Bundan başqa Dağlıq Qarabağa hansısa əcnəbi jurnalist səfər edəndə onun Azərbaycana gəlişinə qadağa qoyurlar, amma indi məlum olur ki, ermənilərin özlərini Bakıya dəvət ediblər.
Azərbaycan vətəndaşının pulunu ermənilərə xərclədirlər.
Indi “ermənipərəst” kimdir? Bu saxta vətənpərvərlər niyə susurlar? Leyla Yunusu ermənipərəstlikdə ittiham edənlər hakimiyyətin erməni sevgisini niyə görmürlər?
Bu ölkədə “qırmızı işıq” yalnız Azərbaycan vətəndaşlarına aiddir. Ermənilərə isə hər yerdə “yaşıl işıq” yandırılır.
Yaxşı olar ki, bu truppanı Bakıya dəvət edənlər izahat versinlər.
Azad