Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın da şəriki olduğu BMZ şirkəti yeni tanker inşa etdirib.
Axar.az xəbər verir ki, “POET QABIL” adlı tanker Ərdoğan ailəsinə 18 milyon dollara başa gəlib.
140 metr uzunluğunda, 17 metr enində olan tankerin iyulun 1-də dənizə endiriləcəyi bildirilir.
Qeyd edək ki, bu, BMZ şirkətinin sahib olduğu dördüncü tankerdir. Şirkət bundan öncə “Palmali” şirkətlər qrupuna məxsus “Məcid Aslanov”, “Begin Aslanova” və “Şövkət Ələkbərova” tankerlərini almışdı.