İran İslam Respublikasında bir neçə qadının məscidin qarşısında qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı ilə fotolar çəkdirməsi sosial şəbəkələrdə geniş qınağa və müzakirəyə səbəb olur.
Publika.az-ın məlumatına görə, Feysbuk sosial şəbəkəsində yayılan fotoda 4 qadının əllərində terrorçu “Daglıq Qarabağ Respublikası”nın bayrağını tutduğu görünür. Fotoya münasibət bildirən şəxslər həmin qadınların bu addımlarını kəskin şəkildə qınayıblar. Fotonu paylaşanlar onun İranda çəkildiyini bildiriblər.