Azərbaycanlı qadın kürdlərin deputatlığa namizədi oldu - (Foto)

10-04-2015, 12:59   
Azərbaycanlı qadın kürdlərin deputatlığa namizədi oldu - (Foto)
İqdırda yaşayan kürdlərin millət vəkilliyinə namizədlərindən biri azərbaycanlı qadın olub.

Virtualaz.org saytı xəbər verir ki, PKK terror təşkilatının siyasi qolu sayılan HDP Milliyyətçi Hərəkət Partiyasının (MHP) Şərqi Anadoluda ən güclü olduğu bölgələrdən birində - İqdırda millət vəkilliyə namizəd kimi azərbaycanlı qadını seçib.

Bu il iyunun 7-də keçiriləcək seçkilərdə HDP-nin namizədi Qıznaz Türkeli olub.

Təbrikləri qəbul edən Q.Türkeli bunları deyib: “Yaşasın xalqların qardaşlığı deyirəm. Bundan sonra xalqların qardaşlığı danışacaq. Azərbaycanlı, kürd birlikdə İqdıra sahib çıxıb problemlərimizi birlikdə həll edəcəyik”.

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar