ANS TV-dən Xoşqədəm Hidayətqızı AÇIQLAMASI

10-04-2015, 13:14   

Teleməkanın məşhur “Səni axtarıram “ verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının ATV-ni tərk etdiyi və bundan sonra ANS telekanalında fəaliyyət göstərəcəyi haqda müxtəlif informasiyalar yayılıb.

ANS telekanalının mətbuat müşaviri Mayıs Məmmədov Modern.az saytına Bakıya bu gün gəldiyini sözügedən olayla bağlı məlumatlı olmadığını bildirib.

ANS şirkətlər qrupunun vitse-przidenti Mirşahin Ağayev məsələylə bağlı Modern.az-a Xoşqədəm Hidayətqızının özü ilə əlaqə saxlamağı tövsiyyə edib:

“İlk növbədə Xoşqədəm xanımın özüylə əlaqə saxlayın. Mənim onun iş yerini dəyişməsi barədə hər hansı açıqlama verməyim düzgün deyil axı. Bəlkə o özü bunun üçün xüsusi tədbir keçirəcək, daha geniş açıqlama verəcək”.

Xoşqədəm Hidayətqızı ilə əlaqə saxlamağın mümkün olmadığını bildirəndə Mirşahin Ağayev günün sonuna qədər gözləməyi məsləhət gördü: “İndi telefonu açmırsa, günün sonunu gözləyin. Yəqin açıqlaması olacaq”.

Bu gün mətbuatda ATV telekanlında kütləvi ixtisarların olduğu barədə informasiyalar yer alıb. 100-ə yaxın işçinin ixtisar edildiyi bildirilib. İşdən azad olunanlar arasında Xoşqədəm Hidayətqının olduğu qeyd edilir. Həmçinin qeyd olunur ki, “Səni axtarıram” verilişi bundan sonra ANS telekanalında yayımlanacaq.

Gülşən RAUFQIZI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar