baş verən cinayət hadisələrindən biri dünya mətbuatının gündəminə düşüb.
ANS PRESS-in məlumatına görə, Rusiyada ikinci dəfə evlənən 47 yaşlı Anatoli toy gecəsi həyat yoldaşının qurbanı olub. Bu barədə İngiltərənin “Mirror” qəzeti xəbər yayıb
Xəbərdə bildirilir ki, hadisəyə səbəb isə elə bəyin özünün olub. O, ikinci dəfə evləndiyi 45 yaşlı Svetlana İlvina adlı qadınla toy gecəsi intim münasibətdə olarkən, bilmədən əvvəlki həyat yoldaşının adını işlədib. Bu isə yeni gəlinin xoşuna gəlməyib və ərini əlinə keçən bıçaqla sinəsindən dəfələrlə bıçaqlayaraq öldürüb.
Hadisə barədə polisə qadının özü məlumat verib. O, cinayəti törətdikdən sonsa polis idarəsinə gedərək qətli və qətlin səbəbini danışıb.
Qeyd edək ki, cütlük toydan 3 ay əvvəl tanış olub və sonra evlənməyə qərar veriblər.
Bolge.info