İŞİD terrorçu qruplaşması növbəti vəhşiliyi ilə gündəmə gəlib.
ANS PRESS-in məlumatına görə, İŞİD bu dəfə terrorçuları müalicə etməkdən imtina etdiyi üçün 10 həkimi edam edib.
Edam Mosulun cənubunda baş verib. Belə ki, bu gün terrorçular həmin həkimləri güllələyərək qətlə yetiriblər.
Qeyd edək ki, İŞİD terrorçu qruplaşması insanları müxtəlif yollarla edam edirlər. Gah güllələyirlər, gah qqəfəsə salıb od vururlar, gah da hündür binadan aşağı atırlar. İŞİD-çilər Suriya və İraqda müharibə aparırlar. Onlar daha çox neft yataqları ilə zəngin torpaqları ələ keçiriblər.
İraq ordusu ilə yanaşı ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri də terrorçuların mövqelərini bombardman edir.