Çanaqqala savaşı Bakıda - 100

10-04-2015, 21:27   


Aprelin 14-də Azərbaycan İstiqlal Muzeyində Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin ölkəmizdəki səfirliyi və Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzi ilə birlikdə Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş “Savaşdan barışa” adlı fotosərgi təşkil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a verilən məlumata görə, İstiqlal Muzeyində təşkil olunacaq sərgidə Çanaqqala savaşını əks etdirən 60-dan çox fotoşəkil nümayiş etdiriləcək.

Xatırladaq ki, Çanaqqala döyüşü I Dünya müharibəsinin ən böyük döyüşlərindən biri, Osmanlı dövlətinin hərb tarixində son zəfəridir. 250 mindən çox türk əsgərinin şəhid olduğu bu döyüşün nəticəsində düşmən qüvvələri ağır itkilər verərək geri çəkiliblər. Çanaqqala savaşında azərbaycanlılar da döyüşüb və həlak olublar. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 18 mart Çanaqqala şəhidlərini anma günü elan edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar