“Yunanıstan gəmiləri işğal olunmuş Krım ərazisinə səfər edirlər”.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Blackseanews” portalının baş redaktoru Andrey Klimenko yayıb.
Onun sözlərinə görə, yunan gəmiləri Krımdan neft, qaz, taxıl və metal aparırlar. Onların ən çox müraciət etdikləri limanlar sırasında Feodisiyanın adı da yer alır. Məhz burada Krımın neft-qaz bazası yerləşir.
Kliman həmçinin indiyə qədər işğal olunmuş ərazilərə 23 yunan yük gəmisinin qanunsuz daxil olduğunu bildirib.