Bakıda Rəsulzadənin büstünü dağıtdılar FOTO

11-04-2015, 11:47   


Metropolitenin yeni rəisindən barbarcasına davranış

Azərbaycan dövlətinin qurucusu Məmməd Əmin Rəsulzadənin Bakıda olan yeganə büstü (Novxanıdakı abidə deyil) dağıdılıb və yerində Heydər Əliyevin büstü qoyulub.
Bu barədə məlumatı və fotoları redaksiyamıza daimi oxucularımızdan biri göndərib.
Söhbət Rəsulzadənin Bakmil metrostansiyasının yanında, depo ərazisində olmuş büstündən gedir. Burada Rəsulzadənin büstü 1992-93-cü illərdə, Elçibəyin prezidentliyi dönəmində qoyulub.
Bugünlərdə metropolitenin yeni rəisi zaur Hüseynov həmin büstün sökülməsinə göstəriş verib. Büst dağıdılıb və qalıqları yük maşınına yığılaraq aparılıb. Belə ehtimal olunur ki, Zaur Hüseynov eyni ərazidə Heydər Əliyevin büstü ilə Rəsulzadənin büstünün olmasını hansısa motivlə məqbul bilməyib. Ona görə də Rəsulzadənin büstünü dağıtdırıb. Məsələ burasındadır ki, Zaur Hüseynovun metropolitendə yeni rəis kimi gördüyü işlərdən biri də bugünlərdə depo ərazisində Heydər Əliyevə büst qoydurmaq olub.
Əlbəttə, yeni rəisin kimi kimə yaraşdırmadığını da sual etmək olardı. Amma Əliyevlər hakimiyyətinin Rəsulzadəyə münasibətini nəzərə alanda, bu barbar hərəkətin motivi aydın olur.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar