AzTelekomda mətbuatla əlaqələndirici yoxdur?

11-04-2015, 12:18   
AzTelekomda mətbuatla əlaqələndirici yoxdur?

Bütün iri və fəaliyyəti şəffaf olan şirkətlərdə ictimaiyyətlə əlaqələrə ciddi önəm verilir, şirkət mətbuatda haqqında yazılan ən kiçik məsələyə də həssas yanaşır, münasibət bildirir. Amma Azərbaycanda şirkətlərdə ya ictimaiyyətlə, mətbuatla əlaqələndirici vəzifəsi yoxdur, ya da bu vəzifəni icra edənlər yazılanları razılıqla qarşılayırlar. Hər halda yazılanlara münasibət bildirilməməsini başqa cür anlamaq mümkün deyil. Məsələn AzTelekom istehsalat birliyi və rəhbəri Məhəmməd Məmmədov haqqında müxtəlif tənqidi materiallar yayılır, qurumun telefonuna zəng edirsə mətbuat xidməti ilə danışmaq mümkün deyil, elektron poçtuna yazırsan cavab gəlmir. Yəni heç olmasa qurumun mövqeyini bir cümlə ilə “yazılanlar yalandır, əsası yoxdur” yazıb ifadə etmək bu qədərmi çətindir? Baş direktorun başı qarışıqdır, başa düşürük, bəs mətbuat xidməti hardadır?…

Yenilik.Az:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar