Ərdoğan ASALA-dan danışdı

11-04-2015, 12:50   
Ərdoğan ASALA-dan danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 24-nə yeni bəyanat hazırlayır.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazıb.

Jurnalistlər dövlət başçısı İrandan səfərdən qayıdarkən 1915-ci il hadisələri ilə bağlı ona sual veriblər. Onlar prezidentə keçən il aprelin 24-də qondarma soyqırımla əlaqədar ermənilərə ünvanladığı başsağlığı mesajı verdiyini xatırladaraq, bu il hansı addımların atılacağını soruşublar.

Rəcəb Tayip Ərdoğan cavab verib ki, bu il aprelin 23-də İstanbulda Dünya Sammiti keçiriləcək. Sammitin gedişatında yeni müraciət səsləndiriləcək.

Türkiyə prezidenti xatırladıb ki, ASALA bu il aprelin 24-də Çanakkala uğrunda gedən döyüşlərin ildönümü haqqında tədbirlərdə iştirak edəcək xarici ölkə prezidentlərini hədələyir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar