çayda iki qadının başsız, əl-ayaqsız meyitləri aşkarlandı - YENİLƏNİB

11-04-2015, 14:26   

Onlar fahişə olublar.

Klyazma çayında tapılmış qadın meyitlərinin fahişələrə məxsus olduğu müəyyən edilib. Bu barədə Rusiyanın hüquq-mühafizə orqanları məlumat yayıb.

Oxu.Az xəbər verir ki, ilkin versiyaya əsasən, müştərilərdən biri qadınları belə amansız qətlə yetirib. Həmçinin məlumdur ki, qətlə yetirilmiş qadınlar yerli sakinlər olmayıb. Güman edilir ki, onlar qazanc əldə etmək məqsədilə Moskvaya gəliblər.


Rusiyanın hüquq-mühafizə orqanları iki qadının qətlə yetirilməsinin səbələrini araşdırır. İki qadının başsız meyitləri çərşənbə günü Podmoskovyedə Klyazma çayında aşkar olunub.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə regionun hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

“Başsız, əl-ayaqsız və çoxsaylı bıçaq xəsarətləri olan iki qadın meyiti Solneçnoqorsk rayonunun Mendeleyevo qəsəbəsində Klayzma çayında aşkar olunub. Onların şxəsiyyətləri və ölüm səbəbləri müəyyən edilir”, - mənbə bildirib.

Faktla bağlı qətl maddəsi üzrə cinayət işi qaldırılıb.

www.oxu.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar