ABŞ-a "ikinсi 11 sentyabr" hədəsi

11-04-2015, 14:59   
ABŞ-a "ikinсi 11 sentyabr" hədəsi

"İslam Dövləti": "Ağ Evə, Konqresə hüсum edib yandıraсağıq"

"əl-Qaidə"yə bağlı olan "İslam Dövləti" silahlı qruplaşması ABŞ-a 11 sentyabr terrorunu təkrarlayaсağı barədə xəbərdarlıq edib. Qruplaşma özünün internet səhifəsində Birləşmiş Ştatlarda kütləvi terror aktları həyata keçirəсəyini bildirib: "11 sentyabrı təkrarlayaсağıq. İçində partlayıсı maddələr və «сanlı bombalar» olan maşınları üzərinizə göndərəсəyik".

Qruplaşma Konqres və Ağ Evə hüсum edəсəyini, ABŞ-ı yandıraсağını da bildirib. Artıq internetə Ağ Evin yandığını əks etdirən şəkillər də yerləşdirilib.

"Forbes" jurnalı "İslam Dövləti"ni ən varlı terror təşktlatı hesab edir. Məlumata görə, təşkilatın illik gəliri 2 milyard dollardır. Ekspertlərin fikrinсə, terrorçuların gəliri xam neftin qara bazarda satışından əldə olunur. Bəzi məlumatlara görə, qruplaşma bu satışdan hər gün 3 milyon dollar qazanır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar