"Ukraynanın Luqansk şəhərində hərbçilərin fəallığı müşahidə edilir. Pasxa bayramı günü şəhərin mərkəzində tanklar bir yerə toplanıb".
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıblar.
Şəhərdə rus separatçılarına məxsus digər hərbi vasitələr də dövr edir, sakinlərin bayramı qeyd etməsinə məhdudiyyətlər yaradılır.
Yerli sakinlər bildirir ki, Pasxa bayramına Putin rus Allahı kimi gəlir.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ generalı Pasxa bayramından sonra Rusiyanın Ukraynanın şərqinə ordu yeridəcəyini bildirmişdi.