ABŞ və Avropa hegemonluğunu itirir: Yeni güclər gəlir

11-04-2015, 19:29   
ABŞ və Avropa hegemonluğunu itirir: Yeni güclər gəlir

15 il sonra dünyanın iqtisadi nizamında çox ciddi hadisələr baş verəcək.

Axar.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Kənd Təsərrüfatı nazirliyinin 2030-cu ilə olan hesabatında yer alıb.

Hesabatda ABŞ-ın dünya iqtisadiyyatı üzərindəki hegemonluğunun zəifləyəcəyi bildirilib. ABŞ 24,8 trilyon dollarlıq illik istehsalla dünyanın ən böyük iqtisadiyyatı mövqeyini qoruyacaq.

Həmçinin Avropanın böyük iqtisadiyyatlarının bir çoxu 2030-cu ildə geridə qalmış olacaq.

Çin iqtisadiyyatı daha da güclənərək ABŞ-dan sonra ikinci sıraya yüksələcək.

Bu il dünyanın 8-ci ən böyük iqtisadiyyatı olan Hindistan isə Braziliya, İngiltərə, Fransa, Almaniya və Yaponiyanı üstələyərək üçüncü sırada qərarlaşacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar