Türkiyədə təhlükəsizlik qüvvələri ilə döyüşən PKK terrorçuları zərərsizləşdirilib.
ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin sabiq daxili işlər naziri Əfqan Ala açıqlama verib.
O bildirib ki, Ağrının Diyadin bölgəsində döyüşlər zamanı 3 cavuş yaralanıb: "Millətimiz üçün keçmiş olsun. İnşallah qısa müddətdə yaralılarımız sağalarlar. Hücumu həyata keçirən terrorçular isə zərərsizləşdirilib".
Baş nazir Əhməd Davudoğlu da hadisə ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri xain hücunlara dərhal cavab verir.
"Ağrıdakı xain hücuma Silahlı Qüvvələrimiz layiqli cavabını verdi. Bu barədə Baş Qərargahdan və Daxili İşlər Nazirliyindən məlumat almışam. Bundan heç kimin şübhəsi olmasın. İnsanların azad iradələri ilə səs vermələri üçün təhlükəsizlik tamamilə təmin ediləcək", - deyə baş nazir bildirib.
Qeyd edək ki, bir a əvvəl türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, əsgərlər və terrorçular arasında güclü atışma davam edir. 25 terrorçu təhlükəsizlik qüvvələrimizə qarşı döyüşür.
Xaıtladaq ki, PKK terrorçuları Ağrının Diyadin bölgəsində ağac əkmə tədbirləri üçün təhlükəsizlik hazırlıqları görən əsgərlərə atəş açıblar. Atışma nəticəsində 4 türk əsgərin yaralandığı bildirilirb. Bölgəyə çox sayda əsgərin cəlb olunduğu deyilir. Kəşfiyyatçılar və hərbi helikopterlər də əraziyə göndərilmişdi.