Kəlbəcər Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Mehparə Kazımova Xəbərçi İnformasiya Agentliyinin direktoru Vüqar Ələkbərova qrşı "işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Kəlbəcər MRX-nın baş həkimi Mühparə Kazımova cavabdeh Vüqar Ələkbərovun üzərinə ondan üzr istəmək tələbinin qoyulmasını və dəymiş mənəvi zərərin əvəzi olaraq 10.000 manat alınmasını məhkəmədən xahiş etmişdir. Baş həkim M.Kazımova iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh rəhbəri olduğu Xəbər-ci.com saytında Kəlbəcər MRX-sı barədə həqiqət olmayan yalan məlumatlar dərc etmişdir. Ancaq Xəbərçi İnformasiya Agentliyi olaraq Kəlbəcər MRX-da baş verən və verməkdə davam edən ciddi qanun pozuntuları , saxtakarlıqlar barədə əlimizdə konkret və mötəbər subutlarımız var. Biz mətbuat olaraq bütün bu sənədləri ictimailəşdirib qanunsuz fəaliyyətlə məşğul olan vəzifəli şəxsləri ifşa edəcəyik. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. M.Kazımovanın iddiası Kəlbəcər rayon Məhkəməsinin sədri hakim Fuad Mirabovun icraatındadır. Məhkəmə iclasının keçiriləcəyi vaxt barədə oxucularımızı məlumatlandıracayıq.
Xəbərçi İnformasiya Agentliyi