“NATO artıq soyuq müharibə dövründəkinə bənzəmir”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Tomas Hendrik İlves çıxış edib.
Onun sözlərinə görə, əgər alyans Estoniyanı Rusiyanın hücumundan müdafiə etməsə bu, NATO-nun sonu olacaq:
“Bizim ölkədə cəmi 150 NATO hərbçisi var. Rusiyanın bizim ölkəni tutması üçün 4 saat vaxt bəs edər. Əvvəllər NATO Avropanı SSRİ təzyiqindən qorumaq üçün burada hərbi kontingent və nüvə arsenalı saxlayırdı. İndiki şəraitdə isə NATO əvvəlki kimi deyil. Diplomatiya yalnız sənin əlinin altında güclü ordu olacağı zaman işə yarayır”.