Papadan “soyqırım” qalmaqalı: Türkiyəni ağır günlər gözləyir

12-04-2015, 18:45   
Papadan “soyqırım” qalmaqalı: Türkiyəni ağır günlər gözləyir
“Fransiskin çıxışı katolik dünyasında domino effekti yaradacaq”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Orxan Qafarlı öz Feysbuk səhifəsində çıxış edib.

Onun sözlərinə görə, 24 aprel Türkiyə üçün çox çətin gün olacaq:
“Katolik kilsənin lideri Papa Fransiskin “20-ci yüzilin ilk soyqırımı ermənilərə qarşı törədildi” sözlərini digər katolik ölkələrə domino effekti şəklində yayılacaq. Onsuz da bu məsələdə katolik dünyasının mövqeyi bəllidir. 24 aprel çox çətin bir gün olacaq. Zaman Baş nazir Davudoğlunun bu mövzuda açılımlarının nə qədər önəmli olduğunu ortaya çıxaracaq. Təəssüflər olsun ki, bir qrup bu proyektlərin qarşısını aldı. Zaman kimin haqlı olduğunu göstərəcək”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar