Hökümət DYP əməkdaşların problemə salıb; ölkədə polis-sürücü qarşıdurması niyə baş alıb gedir?
Ölkədə manatın devalvasiyası və digər tərəfdən Bakıda keçiriləcək Avropa Oyunları Sumqayıt Dövlət Yol Polisində bir sıra problemlər yaradıb. Problemlerdən biri isə bir neçə aydır ki, Sumqayıt "QAİ"şniklərinin maaş almamasıdır. İnfoAZ.org-un əməkdaşlarının Sumqayıt şəhərində apardıqları araşdırmalar nəticəsində məlum olub ki, bir neçə aydır ki, maaş ala bilməyən DYP-nin əməkdaşları sürücülərdən aylıq məvaciblərini qazanmaq üçün şəhərin müxtəlif küçələrinə səfərbər olunublar. Hətta vəziyyət o həddə çatıb ki, bəzi hallarda Sumqayıt DYP-sinin səsi-sorağı Xızı, Siyəzən, və Dəvəçi rayonlarından da gəlir. Gecələr Bakı-Rastov şosesində "puskuda" duran Sumqayıt DYP-nin əməkdaşları tərəfindən müxtəlif qayda pozuntusu bəhanələrilə saxlanılan sürücülərdən rüşvət alınır. Bu yöndə Sumqayıt DYP-nin 10-YP-603, 10-YP-607, 10-YP-609 və 10-YP-610 dövlət nömrə nişanlı avtomobillərində xidməti "börclarını" həyata keçirən əməkdaşların xüsusilə qeyd etmək olar. Əslində məsələ bununla tükənmir. Adının çəkilməsini istəməyən Sumqayıt DYP-nin əməkdaşlarından birinin redaksiyamıza verdiyi məlumata görə, Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədar Sumqayıt DYP-nin əməkdaşları artıq fevral ayından bu yana maaş almırlar. Səbəb isə neftin kəskin ucuzlaşması və manatın devalvasiyası büdcəyə kəskin təsirin göstərildiyi ilə izah edilib. Hökümət bunun çıxış yolun isə bir çox dövlət sturukturlarında çalışan insanların aylıq məvaciblərinin müvəqqəti olaraq verilməməsində görüb. Nəticədə Sumqayıt Dövlət Yol Polisi böhranın "vurduğu" sahələrdən biri olub: "Əgər fikir verirsinizsə ölkədə bir neçə aydır ki, DYP əməkdaşları ilə sürücülər arasında insidentlər yaşanır. Bir neçə sürücü zorakı hərəkətlərinə görə həbs edilib. Bir çox DYP əməkdaşı xəsarət alıb. Bir sual verən yoxdur ki, axı ölkədə yol polisi ilə sürücülər arasında niyə əvvələr belə hadisələr yaşanmırdı? Çünki indi yuxarıdan belə bir göstəriş gəlib ki, müvəqqəti olaraq aylıq məvaciblərinizi çalışın özünüz birtəhər çıxardın. Yol polisidə məcbur qalıb çalışır ki, sürücünü saxlaryarkən ona yol hərəkəti qaydasının kobud şəkildə pozduğunu izah etsin. Kimisi pulunu verib yoluna davam edir, kimisi də yol polisini ona şər atmaqda ittiham edərək mübahisəyə başlayır. Bir sözlə nəticədə dava-dalaş yaranır. Uduzan tərəf isə yenə də sürücü olur. Çünkü polis vəzifə salahiyyətlərindən istifadə edib istənilən halda sürücünü borclu çıxarda bilər" - deyə mənbə bildirir.
Elə bizdə Sumqayıtda olduğumuz vaxt şəhərdə gün ərzində dayanmadan var-gəl edən yol polisi əməkdaşlarının bir çox avtomobilin mənasız yerə saxlanıldığını müşhidə etdik. Sürücüləri qanunsuz saxlayıb onların yol hərəkəti qaydalarını kobud şəkildə pozduqlarını izah etməyə çalışan şəhər DYP-nin əməkdaşlarının hanısı maraq sahibi olduqlarını da gördük. Belə hadisənin "qurbanlarından" biri elə biz özümüz olduq. Heç bir yol hərəkəti qaydaların pozmadan və sənədlərimiz qaydasında olduğu halda sonda bizdən 5 manat çay pulu qoparda bildilər.
Qeyd edək ki, Sumqayıt Dövlət Yol Polisi İdarəsinin rəisi Bayram Zeynalovdur. O Hacı Allahşükür Paşazadənin yaxın qohumu, ictimaiyyət arasında “Hacı Mazan” kimi tanınan iş adamı Hacı Ramazan Zeynalovun oğludur.
Xatırladaq ki, bir müddət əvvəl DİN-nin Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsində aparılan yoxlama zamanı şöbə rəisi Azad Məmmədov və digər 4 yüksək rütbəli zabit vəzifəsindən azad edilmişdi və həmin vəzifəyə Bayram Zeynalov təyin edilib.