65 yaşında dördəm dünyaya gətirəcək- Fotolar

12-04-2015, 22:13   

65 yaşındakı qadın 4 uşaq dünyaya gətirəcək.


“Qafqazinfo” milliyet-ə istinadən xəbər verir ki, Almaniyanın Berlin şəhərində yaşayan, 13 uşağı və 7 nəvəsi olan ibtidai məktəb müəlliməsi Annegret R. ana olmağa hazırlaşır.

Annegret bir neçə dəfə ölkə xaricində süni mayalanma yolu ilə hamilə qalıb. 13-cü uşağını 2005-ci ildə dünyaya gətirən qadının sağlamlığında heç bir problemin olmadığı qeyd edilir.

Doğuşdan sonra uşaqların sayı 17-yə çatacaq, dünyanın ən yaşlı dördəm dünyaya gətirən qadını olaraq tarixə düşəcək. Hal-hazırda ən kiçik övladının 9, ilk uşağının 44 yaşında olduğu bildirilir.

“Qafqazinfo”



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar