Türkiyədə aləmi qarışdıracaq sensasion fakt

13-04-2015, 14:02   

CHP-nin baş katibi Kasım Gülək 1962-ci ildə daxili işlər naziri olacaq Hıfzı Oğuz Bekataya yazdığı bir məktubda İsmət İnönünün çevriliş edərək Menderesi edam etməyi planlaşdırdığını bildirib.

Avropa.info xəbər verir ki, Türkiyənin "Yeni Şafak" qəzeti sabiq baş nazir Adnan Menderesin edamı ilə bağlı arxivdə yatan sənədləri istimaiyyətə təqdim edib.

CHP-nin sabiq baş katibi Kasım Güləkin Atatürkün CHP sədri İsmet İnönü tərəfindən öldürüldüyünü ortaya çıxaran məktubları bir başqa həqiqəti də işıqlandırıb.

O məktublarında Baş nazir Adnan Menderes və onun iki naziri Fatih Rüşdü Zorlu ilə Həsən Polatkanın məhz İsmet İnönünün planı əsasında edam olunduğunu açıqlayır.

Atatürkün zəhərləndiyinə dair hesabat hazırlayan daxili işlər naziri Hıfzı Oğuz Bekataya məktubunda əvvəlcə bu məsələnin bağlanması lazım olduğunu bildirən Gülək İnönünün prezident Cəlal Bayarı və baş nazir Adnan Menderesi izlədiyini bildirir.

"Onun Bayarı və Menderesi addım-addım izlədiyini və evlərinə dinləmə cihazı yerləşdirdiyini, hər şeydən xəbərdar olduğunu bilirsən....."
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar