Vətəndaşlara yeni şəxsiyyət vəsiqələri verilməyə başladı

13-04-2015, 16:47   
Vətəndaşlara yeni şəxsiyyət vəsiqələri verilməyə başladı
Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, Suraxanı rayon Polis İdarəsinin müvafiq şöbə əməkdaşlarının iştirakı ilə rayon sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi üzrə növbəti səyyar xidmət keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Hövsan, Zığ, Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində baş tutmuş səyyar xidmətlər nəticəsində ümumilikdə 467 nəfərin sənədləri qəbul edilib.

O cümlədən əksəriyyətinin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş vətəndaşların, həddi-büluğa çatmış gənclərin, xüsusi diqqət və qayğıya ehtiyacı olan qoca, əlil və xəstə vətəndaşların müvafiq sənədlərinə baxılıb.

Mütəmadi şəkildə təşkil olunan belə tədbirlər davam etdirilir.

Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar