Putin İrana “C-300” raket sistemlərinin verilməsi ilə bağlı qadağanı aradan qaldırıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Kremlin Mətbuat Xidməti yayıb.
Qeyd edək ki, Rusiya 2007-ci ildə İrana 800 milyon dollar dəyərində “C-300” raket sistemlərinin göndərilməsi haqqında müqaviləyə qol çəksə də, 2010-cu il sanksiyalarından sonra Moskva bu sistemləri İrana verməkdən imtina etmişdi.